Bakıda Rusiyanın tanınmış aktyorlarının yaradıcılıq gecəsi təşkil olunacaq

Noyabrın 29-da Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Rusiyanın Xalq Artisti, görkəmli teatr və kino aktyoru, Azərbaycanın Fəxri Mədəniyyət İşçisi Emmanuil Vitorqan və tanınmış aktrisa İrina Vitorqanın yaradıcılığına həsr olunmuş tədbir keçiriləcək.

Etikxeber.az xəbər verir ki, “Hər şeyə görə minnətdaram” adlı tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək.

Gecədə sənətkarların yaradıcılığından danışılacaq, Azərbaycan və Rusiya mədəniyyətinin qarşılıqlı əməkdaşlığındakı xidmətlərindən söz açılacaq.

Tədbir Xalq Artisti Teymur Göycayevin rəhbərliyi ilə Q,Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konsert proqramı ilə davam edəcək.

Qeyd edək ki, 1939-cu il dekabrın 27-də Bakıda anadan olan Emmanuil Vitorqan 100-dən çox ekran əsərinə çəkilib. O, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində bir sıra tamaşalarda çıxış edib.

Etikxeber.az

Read Previous

Tramp Kastro haqda: “Mirası güllələnmiş komanda, ağlasığmaz əzablardır…”

Read Next

Düşmən atəşkəs rejimini ümumilikdə 24 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir