Bakıda tikilən, təmir edilən, tikintisinə başlanılan məktəblərin sayı-AÇIQLANDI

2019-cu ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən 6 məktəbdə əsaslı təmir işləri aparılıb. Bundan əlavə, mövcud olan 1 məktəbin binası yenilənib, 1 məktəb üçün digər ərazidə yeni bina inşa olunub, ehtiyac olan ərazidə 1 yeni məktəbin inşası başa çatıb və 2 məktəbin köhnə korpusları sökülərək yenidən tikilib.

Etikxeber.az xəbər verir ki, bu barədə BŞTİ-nin Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, eləcə də, 224 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri aparılıb.

2 məktəbin sökülərək yenidən tikintisinə, 2 məktəbin isə korpuslarının sökülərək tikintisinə başlanılıb.

Hazırda ehtiyac olan ərazidə 1 yeni məktəbin və 1 məktəb üçün əlavə korpusun tikintisi davam etdirilir.

Etikxeber.az

Read Previous

Əflatun Amaşov 2019-cu ildən – YAZDI

Read Next

“Azərbaycan yeni ilimizdə böyük uğurlara imza atacaq” – HADİ RƏCƏBLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir