“Bakıda tramvay xətlərini sökməklə şəhərə zərər vurublar…” -CAVİD QURBANOV – FOTO

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dekabrın 17-də  Yeni Azərbaycan Partiyasının (YAP)  qərargahında mətbuat konfransı keçirib.

Etikxeber.az-ın xəbərinə görə,  C. Qurbanov mətbuat konfransında deyib ki,  Bakıda Güzdək-Sahil dəmir yolunun təmiri nəticəsində bu xətt yerüstü metro kimi insanların xidmətində olacaq.

Onun bildirdiyinə görə, həmin yolun araşdırmasına başlanılıb. C. Qurbanov qeyd edib ki, Şahdağa gedəcək yeni qatar yolunun  da layihələndirilməsinə başlanılıb: “Bakı-Rusiya sərhədində olan yola Asiya İnkişaf Bankından kredit ayrılıb. Türkiyə və Qazaxıstanın şirkətləri bərabər işlər görəcək”. C. Qurbanov  sonra bildirib ki, Bakıdan Lənkərana gedəcək dəmir yolunun salınması üçün torpaq alınması prosesləri başa çatdırılıb: “Lənkəranda dəmir yolu dəniz kənarından çıxarılaraq yeni sahədən gedəcək. Lənkərana olan yolun iki xəttə keçirilməsi üçün layihələndirmə işləri aparılıb. Maliyyə işi həll olunandan sonra 2021-ci ildən sonra işlərin başlanması planlaşdırılır. Latviya şirkəti ilə dizel lokomotivlərin təmiri üçün müqavilə bağlanılıb. 42 lokomotiv və dəmir yolunda sərnişinləri daşıyan avtobus və 30-a yaxın vaqonların təmiri nəzərdə tutulur”.

C. Qurbanov eyni zamanda, Bakıda tramvayların fəaliyyətinin bərpa olunması məsələsinə aydınlıq gətirib. Bildirib ki, Bakıda tramvay xətlərinin bərpa edilməsi bir qədər çətin məsələdir:  “Vaxtında Bakıda tramvay xətlərini sökməklə şəhərə zərər vurublar. Onun yerinə yeni xətlər salmaq bir az çətindir. Lakin bu məsələ haqqında da düşünülür. Bakı şəhəri sıxdır. Tramvay xətləri ilə bağlı xarici şirkətlərə də müraciət etmişik, özümüz də biznes plan hazırlayırıq. Fikirləşirik ki, Biləcəridən Pirşağa tərəfə, həm də Əhmədli qəsəbəsi, Maştağa tərəfə xətlər çəkilə bilər”.

K. HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Valideynlər təhsil müəssisələrində – FOTO

Read Next

KİM KİMƏ TƏZYİQ EDİB? – Politoloq yazdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir