Bakıda və bəzi bölgələrdə külək güclənəcək-XƏBƏRDARLIQ EDİLDİ

Aprelin 4-ü gündüzdən 6-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bu barədə Etikxeber.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Kəlbəcər, Laçın, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Goranboy, Naftalan, Tovuz, Füzuli, Zəngilan, Cəbrayıl, Şəki, Oğuz, Qəbələ, Göyçay, İsmayıllı, Şamaxı, Qobustan, Ağsu, Xızı, Hacıqabul, Salyan, Neftçala, Şirvan, Yevlax, Mingəçevir, Ağdam, Tərtər, Bərdə, Cəlilabad, Yardımlı, Masallı, Lerik, Astara, Lənkəran, Xaçmaz, Şabran, Siyəzən, Qusar, Qubada sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Qazax, Ağstafada isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Etikxeber.az

Read Previous

“Əbdülməcidin yolunu dəyişməyə çalışdım…Bundan ötrü əlimdən nə gəlirsə, etdim…Amma yolunu dəyişmədi, yolundan dönmədi…Arzusuna, məqsədinə də çatdı…”-BU SÖZLƏRİ APREL DÖYÜŞLƏRİ ŞƏHİDİ ƏBDÜLMƏCİD AXUNDOVUN ANIM GÜNÜ MƏCLİSİNDƏ ANASI CEYRAH HƏSƏNOVA DİLƏ GƏTİRDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“Tək oğlum Vətən yolunda özünü fəda etdi, Şəhid oldu…Həyat yoldaşım da oğlumuzun yoxluğuna dözə bilmədi…Həm oğlumu, həm də həyat yoldaşı itirdim…”-SUMQAYITLI APREL DÖYÜŞLƏRİ ŞƏHİDİ, AİLƏNİN TƏK VƏ SUBAY OĞLU RƏŞİD BAXŞƏLİYEVİN ANASI ÇİMNAZ BAXŞƏLİYEVA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir