Bakıda və Bərdədə yanğın oldu

Bakıda və Bərdədə yanğın hadisəsi qeydə alınıb.

Etikxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 24 m² olan birmərtəbəli 1 otaqlı evdə divan, televizor yanıb və yüksək temperaturdan evin tavanı 12 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bərdə rayonu, Əyricə kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 170 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları 120 m² sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Etikxeber.az

Read Previous

Prezidentlə birinci vitse-prezident ümumxalq şənliyinə qatıldı

Read Next

Əliyev tunisli həmkarını təbrik etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir