Bakıda və Gədəbəydə bir neçə yanğın baş verdi

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Etikxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,Bakının Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 350 m2 olan gül istixanasının yanar konstruksiyaları (taxta atmalar və polietilen örtük) 300 m2 sahədə yanıb.

İstixananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Xəbərə görə, Bakının Nizami rayonunda avtoservisin ərazisində ümumi sahəsi 60 m2 olan avtomobil təmiri sexinin içərisində 5 m2 sahədə taxta tullantıları yanıb.

Yüksək temperaturdan sexdə təmirə dayanmış “Hyundai” markalı minik avtomobilinin arxa hissəsi (bufer) və işıqları əriyib. Avtomobil təmiri sexi və avtomobil yanğından mühafizə olunub.

Yanğın saat 01:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gədəbəydə yanğın hadisəsi qeydə alınıb.

Xəbərə görə, Gədəbəy rayonu, İvanovka kəndində vətəndaşa məxsus ümumi sahəsi 500 m² olan ikimərtəbəli 13 otaqlı evin 1-ci mərtəbəsində 2 otağının, 2-ci mərtəbədə 8 otağının yanar konstruksiyaları və dam örtüyü ümumilikdə 350 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Read Previous

Metrodan istifadə edənlərin sayı azalıb

Read Next

Bakıda avtobus, Lənkəranda avtomobil piyadanı vuraraq öldürdü

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir