Bakıda VII Avropa Kino Festivalı start götürəcək – Aİ-nin dəstəyi ilə

Noyabrın 3-dən 12-dək Bakıda VII Avropa Kino Festivalı start götürəcək. Festival çərçivəsində tamaşaçılara komediya, dram, fantastika, macəra janrlarında bədii filmlərlə yanaşı, həm də animasiya və sənədli ekran əsərləri də təqdim ediləcək. Festivalda Avropa İttifaqının 19 ölkəsində istehsal olunmuş bədii və sənədli filmlər nümayiş olunacaq.

Etikxeber.az xəbər verir ki, bu barədə VII Avropa Film Festivalının açılışına həsr olunmuş mətbuat konfransında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard məlumat verilib.

Festivala ilk dəfə qatılan ölkələrin olacağını bildirən “Park Cinema” kinoteatrlar şəbəkəsinin baş direktoru Namiq Quliyev bildirib ki, festivalın keçirildiyi müddət 10 günədək artırılıb.

Vurğulanıb ki, filmlər orijinal dildə və ingilis dilində alt yazı ilə nümayiş olunacaq. Filmlərin nümayişi pulsuzdur.

Avropa film festivalında Azərbaycanın “Qırmızı bağ” dramı ilə iştirak edəcəyi də diqqətə çatdırılıb. Qeyd edilib ki, festival çərçivəsində esse yarışması və jurnalistlər üçün məqalə yarışı keçiriləcək. Qaliblər Berlin film festivalına dəvət qazanacaqlar.

Festival Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, ittifaqa üzv dövlətlərin Azərbaycanda akkreditə olunmuş səfirlikləri və “Park Cinema” şəbəkəsi ilə birgə təşkil olunur.

Etikxeber.az

Read Previous

Səhiyyə Nazirliyi: İİV-ə əsasən inyeksion narkotik istifadəçiləri yoluxub

Read Next

“Nəsibə Zeynalova, Səyavuş Aslan, Hacıbaba Bağırov, Yaşar Nuri, Səməndər Rzayev…” – NAZİR MÜAVİNİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir