Bakıda yaşayış binasında yanğın – 10 NƏFƏRƏ TİBBİ YARDIM GÖSTƏRİLİB – FOTOLAR – YENİLƏNİB – (1)

Yasamal rayonunda Şəfaət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğının qarşısının alınması üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən təxirəsalınmaz tədbirlər görülür.

FHN-dən Etikxeber.az-a bildiriblər ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib.

binaaaaaaa

İlkin məlumata əsasən, binada elektrik kabellərində tüstülənmə var.

Qeyd edək ki, baş verən yanğın nəticəsində 10 nəfərə tibbi yardım göstərilib.

Səhiyyə Nazirliyindən məlumat verilib ki, onlardan dördü uşaqdır.

“Onlar tüstüdən zəhərlənib və yerində tibbi yardım göstərilib” – deyə, məlumatda bildirilib.

***

Yanğında tüstüdən zəhərlənən iki nəfər orta-ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsindən verilən məlumata görə, pasiyentlərin vəzyyəti stabildir:

“1965-ci il təvəllüdlü Qəmbərova Sultan və 1993-cü il təvəllüdlü Əliyeva Səidə yanğın zamanı tüstüdən boğulub. Hazırda hər ikisinin vəziyyəti stabildir. Həyati təhlükə yoxdur”.

***

binaaaaaaaaaaaaaaaaa-1

 5 uşağa və 6 böyüyə yerində yardım göstərilib.

Bu, Səhiyyə Nazirliyinin növbəti məlumatında əksini tapıb

“1 nəfər 3 aylıq körpə, 26 və 53 yaşlı qadınlar və 43 yaşlı kişi Toksikologiya şöbəsinə gətirilib, vəziyyətləri orta- ağırdır”-deyə, qeyd olunub.

Etikxeber.az

Read Previous

Yaz fəsli martın 21-i Bakı vaxtı ilə saat 01:58-də daxil olacaq

Read Next

Sosial müavinətlər artırıldı – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir