“BakıKart” terminalları qalıq pulları qaytaracaq

Bakı Nəqliyyat Agentliyinin vahid ödəniş sistemi tam tətbiq olunduqdan sonra “BakıKart” terminallarında qalıq pulların qaytarılması mümkün olacaq

Etikxeber.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli Bakı Nəqliyyat Agentliyinin 1 illik fəaliyyətinə həsr olunan mətbuat konfransında deyib.

O, bildirib ki, “BakıKart” terminalları quraşdırılan zaman 17 ölkənin təcrübəsindən istifadə olunub. Avropa və bizə yaxın ölkələrin təcrübəsində də bu proses nəzərdən keçirilib və həmin ölkələrin nəqliyyat institutları ilə görüş zamanı məlum olub ki, bu fakt ciddi problem yaratmır.

V.Kərimli qeyd edib ki, qalıq pulun qaytarılması zamanı “BakıKart” terminallarından “pulxırdalama” aparatı kimi istifadə oluna bilər. Bu hal nəzərə alınaraq Bakı Nəqliyyat Agentliyinin vahid ödəniş sistemi tam tətbiq olunduqdan sonra “BakıKart” terminallarının müəyyən məbləğə qədər qəbul etməsi və müəyyən məbləğə qədər qaytarması məsələsinə keçiləcək. Hazırda bu istiqamətdə işlər görülür.

Etikxeber.az

Read Previous

Karlovun qətlinin məsuliyyətini “Cəbhəti ən-Nusra” öz üzərinə götürdü…

Read Next

“DAİŞ-in nəsə etmək üçün harasa terrorçu göndərməsi də vacib deyil…” – POLİTOLOQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir