Bakılı İkinci Vətən Müharibəsi Şəhidi, ailənin üç oğlan övladından biri, subay-ƏLİ SEYİDOVUN BU GÜN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR, 25 YAŞI TAMAM OLUR…

Bakı şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Əli Rahim oğlu Seyidovun doğum gündür.

Əli Seyidovun bu gün 25 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Cənnətdəki dördüncü doğum günü ilə bağlı bu gün saat 15:00-da Şəhidin Bülbülə Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunacaq.

Məzarını ziyarətdən sonra isə Şəhidin ailəsinin yaşadığı evdə məclis düzənlənəcək, adına ehsan süfrəsi açılacaq.

Etikxeber.az xəbər verir ki, Əli Seyidov 1999-cu ilin iyul ayının 11-də Bakı şəhərində, Ramana qəsəbəsində dünyaya gəlib.

Ailədə üç övlad, üç qardaş olublar.

Anaları Lalə Səlimova tərəfindən təkbaşına böyüdülüblər.

Qardaşlarından bir nişanlı, biri subaydır.

2006-2017-ci illərdə Bakı şəhərində yerləşən 90 saylı tam orta məktəbdə təhsil alıb.

Əli eyni zamanda, idmanla məşğul olub, kikboksinq və ağır atletika üzrə yarışlarda birincilik qazanıb.

15 qızıl, 6 gümüş, 3 bürünc medalın sahibi olub.

2017-2018-ci illərdə həqiqi hərbi xidmətdə, Əsgərlikdə olub və həyatını Ordu, hərb ilə bağlayıb.

Azərbaycan Ordusunda MAXE, Xüsusi Təyinatlı-kəşfiyyatçı, Çavuş kimi fəaliyyət göstərib.

İkinci Vətən Müharibəsinin ilk günündən döyüşlərdə olub və Suqovuşan istiqamətində ağr döyüşlərdən birində, oktyabrın 4-də qəhrəmancasına Şəhidlik məqamına yüksəlib.

Nəşi bir neçə gün sonra, 2020-ci ilin oktyabr ayının 10-da Bülbülə Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra İgidliyinə, Qəhrəmanlığına görə “Vətən uğrunda”  “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Anası Lalə xanım isə övladının daha bir neçə medal və ali ordenlərimizdən biri ilə təltif olunmasını istəyir, tələb edir.

O, həm də subay idi.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

DİN və Dövlət Komitəsidən uşaqları təziyə məclislərinə aparmamaq-ÇAĞIRIŞI

Read Next

Əliyevlə Şərif Pakistanda bir araya gəldilər-TƏKBƏTƏK VƏ GENİŞ TƏRKİBDƏ GÖRÜŞDÜLƏR, BİRGƏ BƏYANATLAR VERDİLƏR, SƏNƏDLƏR İMZALADILAR… – FOTOLAR – YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir