Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün-24 dekabr 2023-cü il tarixi daha bir Şəhid ailəsinin şad günü, daha bir Şəhid qardaşının toyudur…
Həm Bakılı, həm də Lənkəranlı İkinci Vətən Müharibəsi Şəhidi Vüsal Zakir oğlu Teymurovun qardaşı Ruslan Teymurovun toy məclisidir…
Bu gün Ruslan bəylə Aytən xanım ailə həyatı qururlar…
Toy məclisi Bakının gözəl şadlıq saraylarından olan “Monte Karlo”-da baş tutur…
Məclisdə bəylə gəlinin ailə üzvləri, doğmaları, tanışları ilə yanaşı Şəhid ailələri, Qazilər, ziyalılar, Səbailli millət vəkili Nigar Arpadarai, Səbail rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri də iştirak edirlər…
Bəylə gəlin alqış sədaları altında toy keçirilən zala daxil olurlar…
Həzin musiqi sədaları altında gözəl rəqs edirlər…
Və Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, əzəmətli Dövlət himnimiz səsləndirilir, oxunur…
Sonra çıxışlar, təbriklər başlayır…
Bəyin-Şəhid qardaşının ailə üzvləri-Nahidə xanımla Zakir bəy, eləcə də gəlinin ailə üzvləri çıxış edirlər…
Qonaqlara, məclis iştirakçılarına öz minnətdarlıqlarını bildirirlər…
Sonra isə məclis iştirakçıları bəylə gəlinin doğmalarına, valideynlərinə gözaydınlığı verir, yeni cütlüyü təbrik edir, onlara bir ömür boyu bəxtəvərlik və xoşbəxtlik diləyirlər…
Xoş, səmimi arzular, təbriklər biri-birinə qarışır, bir-birini əvəzləyir…
Gözəl mahnılar səsləndirilir, rəqslər ifa edilir…
Gözəl bir məclis, gözəl bir gün yaşanır…
Və təbii ki, ən çox sevinən, ən çox şadlanan Şəhidimizin ruhu olur…
Ruhu şad və hər daim ailəsinə, yeni cütlüyə kömək olsun!
Amin!
19:49
***
FOTOLAR:

















20:30
***












21:30
***

















Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





