Bakılı “Qrad Oktay” ləqəbli Birinci Qarabağ Savaşı Şəhidi Oktay Əliyevin Anım Günüdür-BU GÜN ONUN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN 30 il ÖTÜR…

Bu gün Birinci Qarabağ Savaşı Şəhidi Oktay Nizam oglu Əliyevin Anım Günüdür.

Bakı şəhərinin Birinci Qarabağ Müharibəsi Şəhidlərindən olan Oktay Əliyevin bu gün Əbədiyyətə uğurlanmasından 30 il keçir.

Etikxeber.az xəbər verir ki, Oktay Əliyev 18 may 1963-cü il tarixində Bakı şəhərinin Əmircan qəsəbəsində anadan olub.

4-cü sinfə kimi Əmircan qəsəbəsindəki 114 saylı orta məktəbdə oxuyub və orta təhsilini Nərimanov rayonunda yerləşən Ərəb-Fars təmayüllü gimnazıyada davam etdirib, oranı fərqlənmə ilə bitirib.

Sonra Moskva şəhərinə gedib, orada bir müddət bizneslə məşqul olub, daha sonra Azərbaycana qayıdıb, ali məktəbə-indiki Dövlət İqtisad Universitetinə qəbul olunub.

Təhsilini dondurub, sovetlər dövründə Əsgərliyə gedib və hərbi xidmətini Moskva şəhərində başa vurub qayıdandan sonra həm təhsilini davam etdirib, həm də işləməyə başlayıb.

8 saylı Dəmir-beton zavodunda işə düzəlib, işində fərqləndiyinə görə zavod drektorunun köməkçisi, armatur-sement sexinin məsul işçisi kimi fəaliyyət göstərib.

Sonra yenidən ali təhsilini yarımçıq qoyub, könüllü şəkildə Birinci Qarabag Müharibəsinə qatılıb, “N” saylı hərbi hissələrin tərkibində Agdam, Agdərə, Füzuli, Laçın,Cəbrayıl və digər cəbhə rayonlarında döyüşüb.

Döyüşlərdə fərqləndiyinə görə “Qrad Otkay” ləgəbi ilə tanınıb.

10 dekabr 1993-cü il tarixində Beyləqan rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərib və döyüşlərdən sonra itkin düşüb.

Axtarışlardan sonra-22 dekabr 1993-cü il tarixində Cəbrayıl rayon ərazisində, erməni işqalı altında olan səngərdə nəşi tapılıb.

Bu yerdə qeyd edək ki, döyüş-sağ qalan yoldaşlarının dediyinə görə, əsir düşdüklərini görən Oktay Əliyev əlində olan qumbaranı partladıb, özü ilə birlikdə düşmənin 4 əsgərini məhv edib.

Özünün həyatına bahasına digər hərbiçilərimizin həyatını xilas edib.

Və 1993-cü ilin dekabr ayının 22-də Şəhidlər Xiyabanında dəfn olunub.

Hazırda Suraxanı rayonunda adına kücə və yaşadığı binanın qarşısında barelyefi var.

Onu da qeyd edək ki, Şəhidliyindən üç il öncə-1990-cı ildə ailə həyatı qurub.

Hazırda hərbçi-zabit olan Nizamədin adlı bir oğlan övladı dünyaya gəlib.

Oğlu iki övlad atasıdır.

Həyat yoldaşı Nəsibə Əliyeva isə hazırda Respublika Qadınlar Cəmiyyəti və Səhid Ailələrinin Mudafiəsi Cəmiyyətinin Suraxanı rayon söbəsinin sədridir.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Bu görüşü biz Bakıda da keçirə bilərdik. Ancaq hesab etdim ki, bu görüşün burada keçirilməsi və sizə bu yüksək mükafatların burada verilməsi tam ədalətli olacaq”-PREZİDENT XANKƏNDİDƏ İDMAN İCTİMAİYYƏTİNİN TƏLTİF EDİLMİŞ NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞDÜ – FOTOLAR – YENİLƏNİB

Read Next

Bu gün 32 yaşı tamam, Cənnətdəki dördüncü doğum günü olan-BEYLƏQANLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ BARAT QULİYEV…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir