Bakının bəzi yollarında avtobuslar üçün xüsusi zolaqlar ayrılır

Bakı Nəqliyyat Agentliyinin (BNA) təşəbbüsü ilə paytaxtın küçə və prospektlərində sərnişin avtobusları üçün xüsusi hərəkət zolaqları təşkil ediləcək.

BNA-dan Etikxeber.az-a verilən məlumata görə, məqsəd Bakı şəhərində müntəzəm sərnişindaşımalarda təhlükəsizliyin və rahatlığın təmin edilməsi, o cümlədən əhalinin ictimai nəqliyyatdan istifadəsinin stimullaşdırılmasıdır.

BNA-nın ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkil edilməsi barədə təklifi Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası tərəfindən məqbul hesab edilib. İlkin olaraq Babək, Xocalı, Nobel, Gəncə prospektlərində, M.Useynov, Ə.Rəcəbli, M.Füzuli (Qış parkı boyunca), M.Əliyev və Y.Səfərov küçələrində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün müvafiq yol nişanı qurulmaqla xüsusi hərəkət zolaqlarının təşkil edilməsinə razılıq verilib.

Etikxeber.az

Read Previous

Bayram günlərində Qəbələyə 4 minə yaxın turist gəlib

Read Next

Politoloq: “Tramp Türkiyəyə münasibətdə Obamanın yolunu getsə, “İncirlik”-in qapadılması mövzusu genişlənəcək”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir