Bakının Baş Planı müzakirə olundu- FOTO

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanmış Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planının (Baş Planının) ictimai müzakirəsi keçirilib.

Etikxeber.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov layihə barədə məlumat verib. O, bildirib ki, bu layihə Azərbaycan hökumətinin və Dünya Bankının maliyyə dəstəyi ilə hazırlanmış Böyük Bakının Regional İnkişaf Planının davamıdır və Bakı şəhərinin bütün inzibati ərazisini əhatə edən 1:10000 miqyasında hazırlanmış planlaşdırma sənədidir. İnstitut tərəfindən layihə ötən ay komitəyə təhvil verilib, müvafiq nazirliklərə, dövlət qurumlarına rəy alınması üçün təqdim edilib və artıq əksər qurumlar tərəfindən rəylər, təkliflər alınıb.

A.Ələsgərovun sözlərinə görə, müzakirəyə təqdim olunan layihə Bakı şəhərinin gələcək ərazi inkişafının əsas inkişaf istiqamətlərini müəyyən edən strateji əhəmiyyətli planlaşdırma layihəsidir. Burada Bakı şəhərinin və onun bütün ətraf qəsəbələrinin ərazidən istifadə və zonalaşdırma planları hazırlanıb, sosial-iqtisadi, ətraf mühit, mühəndis və nəqliyyat infrastrukturu üzrə 2035-ci ilədək olan əsas perspektivlər müəyyən edilib.

Foto Vahab Dadaşlıya məxsusdur.

Etikxeber.az

Read Previous

Qərargah: Estakadanın qalıqlarının təmizlənməsində məqsəd, qalıqlar arasında itkin düşmüş neftçilərin olma ehtimalıdır

Read Next

Kadırovdan sərt reaksiya:”Terrorçu iblis dövlətin əmrini icra edib…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir