Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci Nazirlər Konfransı keçirilib. Konfransda bir çox dövlətlərin rəsmiləri iştirak etməklə, yüksək səviyyədə başa çatıb. Konfransda regionda təhlükəsizliyin təmin olunması və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində geniş müzakirələr aparılıb. Konfrans Azərbaycanın regional və beynəlxalq siyasətdə nə qədər böyük rol oynadığının növbəti əyani göstəricisi oldu”.
Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili Azər Badamov deyib.
Millət vəkilin sözlərinə görə, “Asiyanın Qəlbi – İstanbul Prosesi” dünya tərəfindən qəbul olunan tədbirdir və bu bir daha onu göstərir ki, Asiya regionunda qeyri–sabitliyin olması bütün dünyanı narahat edir.
O, mətbuata açıqlamasında bildirib ki, Bakının bu mötəbər məclisə ev sahibliyi etməsi Azərbaycanda təmin olunmuş sabit mühitlə və yüksək nüfuzumuzla bağlıdır.
Onun dediyinə görə, konfrans bizim üçün ölkəmizi təqdim etməyə və torpaqlarımızın işğalı ilə bağlı fikirləri söyləməyə yeni bir platformadır.
“Həm də bu konfransın Bakıda keçirilməsi ölkəmizin mövqeyini dəstəkləyən tərəfdaşlarımızın artmasına öz töhfəsini verəcək.
Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, regionda təhlükəsizliyin təmin olunmasına və çoxtərəfdaşlıq formatında iqtisadi əməkdaşlığına xidmət edən bu konfrans Azərbaycanın regionda təhlükəsizliyə vermiş töhfədir”-deyə, A. Badamov sonra sözlərinə əlavə edib.
Etikxeber.az