Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Bakı şəhərinin Nizami rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elsəvər Əhədzadənin Anım Günüdür.
Onun Əbədiyyətə uğurlanmasından üç il keçir.
Anım Günü ilə bağlı bu gün Şəhidin Keşlə Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub, məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub, ruhuna dualar oxunub.
Məzarı başında qısa çıxışlar edilib, tarixi 44 günlük İkinci Vətən Müharibəsindən, Şəhidin İgidliyi və Qəhrəmanlığından söz açılıb, ailəsinə Allahdan səbr və dözüm arzulanıb.
Məzarını ziyarətdən sonra “Monte Karlo” şadlıq sarayında Anım mərasimi düzənlənib, adına ehsan süfrəsi açılıb, Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, “Quran” oxunub, bir daha Şəhidin ruhuna dualar edilib.
Şəhidin məzarını ziyarətdə və Anım mərasimində ailə üzvləri, Şəhid ailələri, Qazilər, din xadimləri, Coşqun Cəbrayılov başda olmaqla, Nizami rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, Elsevər Ağacan oğlu Əhədzadə 1995-ci ilin iyun ayının 3-də Bakı şəhərinin Nizami rayonunda dünyaya gəlib…
Ailənin iki övladından, iki qardaşdan biri idi…
Elsəvər ailənin böyük övladı, ondan 2 yaş kiçik olan 1997-ci il təvəllüdlü Fərid isə evin sonbeşiyi olub…

Bakı şəhərinin Nizami rayonunda yerləşən yataqxanalardan birində yaşayıb, Şəhidliyinə kimi onların öz şəxsi mənzilləri olmayıb…
2001-2012-ci illərdə Nizami rayonunda yerləşən Xalid Quliyev adına 62 nömrəli tam orta məktəbdə təhsil alıb və 2012-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat texnologiyası fakültəsinin Tikinti matereallarının və məmulatlarının mühəndisliyi ixtisasına qəbul olunub…
2016-cı ildən ali məktəbi bitirdikdən az müddət sonra həqiqi hərbi xidmətə yollanıb…
O da, qardaşı da eyni yerdə-Tovuz istiqamətində yerləşən “N” saylı hərbi hissədə xidmət ediblər…
Elsəvər həqiqi hərbi xidmətini bitirdikdın sonra ixtisası üzrə müxtəlif tikinti şirkətlərində çalışıb…
2020-ci ilin 21 sentyabr tarixində isə hərbi səfərbərliyə cəlb olunub…
Qardaşı Fərid isə ondan cəmi 6 gün sonra səfərbərliyə cəlb edilib…
Hər iki qardaş İkinci Vətən Müharibəsində, təxminən eyni istiqamətlərdə döyüşüb, vuruşublar…
Qardaşı Fərid Elsevərin Şəhidliyindən bir neçə gün öncə Hadrut istiqamətində ağır yaralanıb və xəstəxanaya yerləşdirilib…
Fərid xəstəxanada müalicə alan vaxt, oktyabrın 21-də isə Elsəvər Füzuli istiqamətində Şəhidlik məqamına ucalıb…
Ancaq nəşi 4 gün sonra ailəsinə təhvil verilib və oktyabrın 25-də Keşlə Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra Elsəvər cəmi iki medalla-“Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub…
Qardaşı Fərid də medallarla təltif edilib…
25 yaşında Şəhidlik məqamına yüksələn Elsevər həm də subay olub…
Məqamı Uca olsun!
Nur içində yatsın!
13:41
***
FOTOLAR:














15:00
***










Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az




