Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Zamanında Azərbaycanı xilas etməyi qardaşlıq borcu bilən qəhrəman Nuru Paşaya mənəvi borcumuzu vermək həm də bir vicdan borcudur.
Etikxeber.az xəbər verir ki, bunu Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı millət vəkili Qənirə Paşayeva deyib.
O, deyib ki, Bakının işğaldan azad edilməsi böyük tarixi hadisədir.
Onun sözlərinə görə, bu hadisə xalqımızın tarixində mühüm rol oynayıb, Qafqaz Türk-İslam Ordusu Azərbaycana gəlib, Azərbaycanın igid oğulları ilə birlikdə Bakını erməni daşnakları və bolşeviklərdən xilas edib.
“Nuri Paşanın komandanlığı altında Qafqaz Türk- İslam Ordusu daim ehtiramla xatırlanıb, bundan sonra da xatırlanacaq. Biz həmişə onların ruhları qarşısında baş əyir, xatirələrini dərin hörmətlə anırıq. Bu, Türkiyə-Azərbaycan qardaşlığının ən bariz nümunəsidir”-deyən millət vəkili bu məqamda mərhum dövlət başçısı Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”, ölkə prezidenti İlham Əliyevin “Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür” kəlamlarını xatırladıb və qeyd edib ki, ümumiyyətlə, Azərbaycan-Türkiyə qardaşlığı, münasibətlərinin daha da güclənməsi istiqamətində aparılan dövlət siyasəti nəticəsində özünün ən yüskək səviyyəsinə çatmaqdadır.
Etikxeber.az