Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşır

Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevin sərəncamlarına müvafiq olaraq Nəriman Nərimanov küçəsi yenidən qurulur.

“Azəravtoyol” ASC-dən Etikxeber.az-a verilən məlumata görə, bu işlər çərçivəsində sözügedən küçə ilə avtonəqliyyat vasitələrinin hərəkəti 16 yanvar 2017-ci il tarixindən etibarən məhdudlaşdırılacaq.

Hərəkətin məhdudlaşdırılması yenidənqurma işləri bitənədək qüvvədə olacaq. Bu müddət ərzində yarana biləcək narahatlığa görə, vətəndaşlardan öncədən üzr istəyirik və sürücüləri aparılan işlərə anlayışla yanaşmalarını xahiş edirik.

Qeyd edək ki, aparılan yenidənqurma işləri çərçivəsində Nərimanov prospektinin 2165 metr uzunluğunda olan hissəsində də tam müasir yol infrastruktur yaradılacaq. Prospektin hərəkət hissəsinin hazırkı eni 7 metr təşkil edir. Layihəyə əsasən 2 – 5 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 7 – 17,5 metrə çatdırılacaq. Hər iki istiqamət üzrə 2-3 metr enində səkilər də nəzərə alınmaqla yolun ümumi eni 11 – 23,5 metr təşkil edəcək.

Etikxeber.az

Read Previous

Nəzakət Teymurova Opera və Balet Teatrından niyə getdi?

Read Next

“Bavariya”-nın prezidenti FIFA-nın qərarını qınadı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir