Bakıya yağış, dağlıq rayonlara qar yağacaq-SABAH

Sabah Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a verilən xəbərə görə, yarımadanın bəzi ərazilərində intensiv olacağı ehtimalı var.

Axşama doğru tədricən kəsiləcək.

Bəzi yerlərdə duman olacaq.

Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var.

Bəzi yerlərdə duman olacaq.

Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 10-15° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Etikxeber.az

Read Previous

Bu gün 8 Mart-BEYNƏLXALQ QADINLAR GÜNÜDÜR

Read Next

“Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının fəaliyyətini bundan sonra da dəstəkləyəcək”-İLHAM ƏLİYEV – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir