Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Cüzeppe Verdinin “Bal-maskarad” operası təqdim olunub. Yüksək zövqlə səhnələşdirilən tamaşa üçün rəngarəng dekorasiyalar hazırlanıb.
Etikxeber.az xəbər verir ki, premyera tamaşasında əsas partiyaları Belarusun Əməkdar Artisti Stanislav Trifonov, Əməkdar artistlər Fərid Əliyev, İlahə Əfəndiyeva, İnarə Babayeva, Səbinə Vahabzadə, habelə solistlər Tural Ağasıyev, Əliəhməd İbrahimov və Tələt Hüseynov ifa ediblər.
Tamaşanın musiqi rəhbəri və dirijoru beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev, xormeysteri Əməkdar İncəsənət Xadimi Sevil Hacıyeva, konsertmeysteri Nərgiz Ağayevadır.
“Bal-maskarad” operası ilk dəfə 1859-cu il fevralın 17-də Romanın Apollo teatrında səhnəyə qoyulub. Operanın librettosu fransız dramaturqu Ejen Skribanın tarixi faktlar əsasında qələmə aldığı pyesin motivləri əsasında yazılıb. C.Verdinin ölməz musiqisi sayəsində operanın premyerası çox böyük uğur qazanıb.
Səhnə əsəri bu gün də dünyanın ən qabaqcıl opera teatrlarının repertuarını bəzəyir.
Etikxeber.az