“Bala, sən ananın ağlamağını heç zaman istəmirdin…Amma 5 ildir ki, ananı ağlar, gözləri yaşlı qoymusan…Nə balandan doydun, nə də tək balan səndən doydu…”-6 OKTYABR 2025-Cİ İL TARİXİNDƏ ANIM GÜNÜ OLAN KAPİTAN ELVİN KAZIMOVUN FƏDAYƏ KAZIMOVA – FOTOLAR – YENİLƏNİB

Anım Günü ilə bağlı bu gün-6 oktyabr 2025-ci il tarixində, səhər saatlarında İkinci Vətən Müharibəsi Şəhidi, əslən Qazaxlı, ali-hərbi təhsilli, Kapitan, bir övladı Vətənə əmanət qalan, evin-ailənin üç oğlan övladından biri Elvin Ədalət oğlu Kazımovun İkinci Şəhidlər Xiyabanında-Hərbi Memorial Məzarlıqdakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.

Ruhuna dualar edib, “Quran” oxunub.

Məktəblilər tərəfindən şeirlər səsləndirilib.

Qısa çıxışlar edilib.

Ailəsinə, doğmalarına Allahdan səbr və dözüm arzulanıb.

Etikxeber.az xəbər verir ki, çıxışlarda Şəhidin İgidliyi və Qəhrəmanlığından, Vətənini hər kəsdən, ailəsindən belə üstün tutmasından söz açılıb.

Anası Fədayə xanımın göz yaşları içində dediklərindən:

“Bala, sən ananın ağlamağını heç zaman istəmirdin…Amma 5 ildir ki, ananı ağlar, gözləri yaşlı qoymusan…Nə balandan doydun, nə də tək balan səndən doydu…İkiniz də bir-birinizə həsrət qaldınız…”

Məzarını ziyarətdən sonra isə İkinci Şəhidlər Xiyabanında-Hərbi Memorial Məzarlıqda yerləşən Mərasim zalında Şəhidlə bağlı Anım mərasimi keçirilib, adına çay-ehsan süfrəsi açılıb.

Bir daha ruhuna dualar edilib.

Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və Anım mərasimidə ailə üzvləri, yaxınları, Şəhid ailələri, Qazilər, hərbçilər, İcra başçısı Rafiq Quluyev başda olmaqla, Xətai rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri, din xadimləri, müəllim və şagirdlər və digər şəxslər iştirak ediblər.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

18:00

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Xüsusi Təyinatlı, “Qarabağ” ordenli, üç övladı Vətənə əmanət qalan Kamran Kazımovun Anım Günündə-MƏZARI ZİYARƏT EDİLDİ, ADINA EHSAN SÜFRƏSİ AÇILDI… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“Şimali Kipr Türk Cümhuriyyətinə dəstək bundan sonra da davam etdiriləcək”-İLHAM ƏLİYEV QƏBƏLƏDƏ TATAR VƏ ORBANI QƏBUL ETDİ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir