Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Siyasət Akif oğlu Mustafayev…
Ağdaşlı İkinci Vətən Müharibəsi Şəhidi…
Ağdaşın ilk İkinci Qarabağ Savaşı Şəhidi…
İgid, Qəhrəman, Vətən sevdalısı Azərbaycan övladı…
***
Siyasət Mustafayev 1996-cı ilin may ayının 2-də Ağdaş rayonunun Abad kəndində-sadə bir ailədə dünyaya gəlib…
Sonra ailəsi ilə birlikdə Pirəyir kəndinə köçüblər…
Evin-ailənin iki övladından biri, tək oğul, tək bacının tək qardaşı olub…
Ondan 2 yaş böyük olan bacısı Salatın xanım hazırda ailəli, iki övlad anasıdır…
Siyasət 2002-2013-cü illərdə Abad kənd orta məktəbində oxuyub…
2014-2016-cı illərdə Bakı şəhərində həqiqi hərbi xidmətdə olub, Vətənin keşiyində dayanıb…
2016-2018-ci illərdə Türkiyədə və Rusiyanın Dağıstan bölgəsində işləyib, çalışıb, ailəsinə dəstək olub…
2018-ci ildən isə həyatını Ordu, hərb ilə bağlayıb…
Azərbaycan Ordusunda MAXE kimi fəaliyyətə başlayıb…
İkinci Vətən Müharibəsi zamanı isə Azərbaycan Ordusunun hərbçisi, MAXE kimi döyüşlərə qatılıb…
Və elə müharibənin ilk günündə, sentyabrın 27-də Tərtər-Ağdərə-Suqovuşan istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Nəşi bir gün sonra, sentyabrın 28-də Cücük kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
O, Ağdaşın ilk, həm də Pirəyir-Cücükün yeganə İkinci Vətən Müharibəsi Şəhididir…
Şəhidliyindən sonra 3 medalla – “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub…
Ailəsi, valideynləri isə Siyasətin həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir…
Ailəsinin yaşadığı küçəyə Onun adı verilib…
24 yaşında Şəhidlik məqamına ucalan Siyasət həm də nişanlı olub…
Toyuna cəmi 20 gün qalıbmış ki, Şəhid olub…
Anası Elmira xanımın dediklərindən:
“Balam nişanlı idi…Vətən yolunda Şəhid oldu…Şəhid olmasaydı, 20 gündən sonra toyu olacaqdı…Balama toy qismət olmadı, tabutda qayıtdı…Bəyliyi ağ kəfən oldu balamın…Evimizi düzəltdirirdik…Amma balam bizim düzəltdirdiyimiz evi bəyənmədi…Özünə qəbiristanlıqda ev düzəltdi…”
***
Bu gün həm də Siyasətin Cənnətdəki dördüncü doğum günüdür…
28 yaşı tamam olur…
Cənnətdəki dördüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Cücük kənd qəbiristanlığındakı məzarı ziyarət olunub…
Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub…
Ailəsinə, valideynlərinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki dördüncü doğum günü təbrik olunub…
Sonra ata ocağında Cənnətdəki dördüncü doğum günü ilə bağlı adına ehsan süfrəsi təşkil olunub…
Bir daha ruhuna dualar edilib…
Şəhidin məzarını ziyarətdə və Cənnətdəki dördüncü doğum günü ilə bağlı adına təşkil edilən ehsan süfrəsində ailə üzvləri, yaxınları, Ağdaşlı və Bərdəli Şəhid ailələri və digər şəxslər iştirak ediblər.
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək olsun!
Nur içində yatsın!
***
FOTOLAR:








***






***




Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az