Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Eltun cəmi iki ayın hərbçisiydi, cəmi iki ay idi ki, “Komando”do işləyirdi…Şəhidliyindən, Antiterror əməliyyatından cəmi bir neçə gün əvvəl zəng etdi, dedi ki, maaşımı almışam, götürərsiniz…Balama maaşını xərcləmək belə qismət olmadı…Sentyabrın 19-da Xocavənddə, Harov istiqamətində Şəhid oldu…”
Bu sözlər Samuxlu Antiterror Şəhidi Eltun Vüqar oğlu Məmmədovun anası Məxluqə Məmmədovaya məxsusdur.
Məxluqə xanım bu fikirləri 5 iyul 2026-cı il tarixində Şəhidimizin Samuxun Karayeri qəsəbəsindəki ocağını, ailəsini ziyarətimiz zamanı dilə gətirdi.
Qeyd edim ki, Samuxlu Şəhid Emil Sadıqzadənin valideynləri-anası Şəlalə xanım, atası Əziz Sadıqov, o cümlədən Antiterror Şəhidi Fizuli Məmmədovun həyat yoldaşı Günel xanımla Eltun Məmmədovun ocağını, ailəsini ziyarət etdik.
Onu da qeyd edim ki, ilk dəfəydi Şəhidimizin ailəsində, ocağında olurdum.
Şəhidimizin ailəsinə öncə Allahdan səbr dilədik.
“Şəhidimizin ruhu şad olsun! Müqəddəs ruhu qarşısında ehtiramla baş əyirik!”-dedik.
Şəhidlərimizə bir ömür boyu borclu olduğumuzu söylədik.
Sonra Şəhidimizin anası Məxluqə xanım və tək qardaşı Elvin Məmmədovla söhbətləşdik, dərdləşdik.
Şəhidimizin cəmi 19 illik qısa, lakin şərəfli ömür yoluna birlikdə nəzər saldıq.
“Eltun çox tərbiyəli, çox ailəcanlı, çox vətənpərvər övlad idi…Kimsəni incitməz, kimsənin xətrinə dəyməzdi…Vətənini də hər şeydən çox sevərdi…Elə Vətənini sevdiyi üçün də hərb sənətini seçdi, Vətəni yolunda da canını fəda etdi…”-deyə, Şəhidimizin anası sözlərinə əlavə etdi.
Bu yerdə qeyd edim ki, Eltun 2004-cü ilin yanvar ayının 27-də Samux rayonunun Karayeri (Qarayeri) qəsəbəsində, sadə bir ailədə dünyaya gəlib.
Ailənin iki oğlan övladından biri olub.
Tək qardaşı hazırda subaydır.
2010-2021-ci illərdə orta təhsilini elə Karayeri qəsəbəsində alıb.
Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra 2022-ci ildə həqiqi hərbi xidmətə yollanıb.
Ağcabədi istiqamətində qulluq edib.
2023-cü ilin yayında Əsgərliyini başa vurub, amma yenidən hərb həyatını davam etdirib, hərb sənətini seçib, “Komando”da fəaliyyətə başlayıb.
Axırıncı dəfə Şəhidliyindən bir neçə gün öncə ailəsi ilə danışıb.
2023-cü ilin 19 sentyabr tarixində isə Antiterror əməliyyatı zamanı Xocavənd-Harov istiqamətində qəhrəmancasına Şəhid olub.
Ancaq nəşi 3 gün sonra–sentyabrın 22-də ailəsinə təhvil verilib.
Bir gün sonra-23 sentyabr 2023-cü il tarixində isə Karayeri qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Karayeridə adını daşıyan küçə var.
19 yaşında Şəhadətə qovuşan Şəhidimiz həm də subay olub.
Şəhidin ailəsinə, ocağına baş çəkdikdən sonra məzarını ziyarət və ruhuna dualar etdik.
Məkanı cənnərlik, dərgahı mübarək olsun!
Nur içində yatsın, Nur üzlümüz!
***
FOTOLAR:










Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





