Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının gənc solisti Cəmilə Kərimova sentyabrın 8-dən 17-dək Qazaxıstanın paytaxtı Astanada keçiriləcək III Beynəlxalq balet artistləri müsabiqəsində iştirak etmək üçün dəvət alıb.
Teatrın mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, müsabiqədə gənc solist “Qu gölü”, “Don Kixot”, “Yatmış gözəl”, “Bayaderka” kimi klassik baletlərdən nümunələrlə çıxış edəcək.
Qeyd edək ki, C. Kərimova teatrda 2011-ci ildən çalışır.
Hazırda Bakı Xoreoqrafiya Akademiyasının magistraturasında təhsil alan C. Kərimova Prezident mükafatçısı, Qəmər Almaszadə adına I Beynəlxalq balet müsabiqəsinin Qran-pri mükafatının sahibidir.
Etikxeber.az