“Bank sektorunun sağlamlaşdırılması Maliyyə Bazarlarına Nəzarət Palatasının əsas prioritetlərindəndir” – Rüfət Aslanlı

Bank sektorunun sağlamlaşdırılması Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) fəaliyyətinin əsas prioritetlərindəndir.

MBNP-nin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, bu fikri Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

Təşkilatlar arasında mövcud əməkdaşlığın uğurla davam etdiyini qeyd edən Rüfət Aslanlı maliyyə sektorunun dayanıqlılığının artırılması istiqamətində BVF-nin palataya verdiyi dəstəyi və tövsiyələri yüksək dəyərləndirdiyini bildirib.

Görüşdə palata tərəfindən bank və sığorta sektorlarının maliyyə dayanıqlılığının gücləndirilməsi istiqamətində görülmüş tədbirlərə dair müzakirələr olub. Belə ki, bank sektorunun sağlamlaşdırılmasının palatanın fəaliyyətinin əsas prioritetlərindən olduğunu vurğulayan R. Aslanlı aparılmış restrukturizasiya tədbirləri nəticəsində bank sektorunda stabilləşmə meyillərinin müşahidə olunduğu barədə BVF-yə məlumat verib.

Həmçinin sığorta sektorunda əsas risklərin müəyyən edilməsi və onların aradan qaldırılması istiqamətində hazırlanmış tədbirlər planının mərhələli şəkildə icra edildiyi barədə məlumat verilib.

Məhəmməd əl-Qorçi Beynəlxalq Valyuta Fondunun ölkənin bank və sığorta sahəsində həyata keçirilən tədbirləri dəstəklədiyini və bu addımların maliyyə sektoruna mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.

Etikxeber.az

Read Previous

Neftimiz ucuzlaşır

Read Next

Düşmən atəşkəs rejimini 132 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir