“Bank Standard”-ın əmanətçilərinin hamısını az qala şəxsən tanıyıram” – Aslanlı

Böyük  məbləğdə xarici valyutada faiz alan insanlar bilərəkdən o itkilərə qol çəkiblər.
Etikxeber.az xəbər verir ki, bu fikri Maliyyə Bazarlarına Nəzarət Palatasının  Direktorlar Şurasının sədri Rüfət Aslanlı “Bank Standard”-a böyük həcmdə yerləşdirilən kreditorlar haqqında danışarkən deyib.
“Gəlin razılaşaq ki, 100 min dollar əmanətə malik şəxs maliyyə cəhətdən savadsız sayıla bilməz”- deyən R. Aslanlının sözlərinə görə, 100 min dolları qazanmağı bacarmaq lazımdır: “Ona görə də mən burada dövlət tərəfindən sosial ədalətin pozulması ittihamını qəbul edə bilmərəm”.
R.Aslanlı əlavə edib ki, çünki orada olan əmanətçilərin hamısını az qala şəxsən tanıyır. “Bu gün “Bank Standard”da 262 min bank hesabı, 158 min əmanətçi var. Təxminən 15 minə qədər əmanətçi məhz adları çəkilən əmanətçilərdir ki, bunların kompensasiyaları manatla ödənilir. Nəyə görə? Çünki, qanunvericilikdə də öz əksini tapıb ki, əgər insanın əmanəti həm xarici valyutada, həm də manatdadırsa, bu, əmanətlər birləşdirilir və ona kompensasiya manatda verilir”-deyə, o, sözlərinə əlavə edib.
Etikxeber.az

Read Previous

AZAL başqa şirkətlərə də yol açsın ki, rəqabət olsun – HADİ RƏCƏBLİ

Read Next

“Qorunan əmanətlər geri qaytarılacaq, 100 milyon manat yox?” – VAHİD ƏHMƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir