“Banka küllü miqdarda borcum var”- İntihara cəhd edən şəxs

Metronun “Elmlər Akademiyası” stansiyasıyla üzbəzüz ziyalılar binası kimi tanınan Hsüeyn Cavid prospekti 118-126 saylı binanın 558-ci məhələnin Firudin Ağayev küçəsiylə kəsişməsində yerləşən 4 mərtəbəli binanın damına çıxaraq,  intihara cəhd etmək istəyib.

Etikxeber.az-ın Gununsesi.info-ya istinadən məlumatına görə,  sentyabrın 6-da təqribən saat 11 radələrindən etibarən 30-35 yaşlarında orta boylu bir kişi intihar məqsədilə 4 mərtəbəli yaşayış binasının üzərinə çıxıb. Dərhal ətrafdakı vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq xilasetmə qüvvələri və Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinin əməkdaşlarına məlumat veriblər.  Hadisə yerinə gələn xilasedicilər tərəfindən vətəndaşla aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı bir neçə saat sonra  alınıb. İntihara cəhd edən şəxs Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə təhvil verilib. Hadisə yerində olan hal şahidlərinin verdiyi məlumata görə, damda intihara cəhd edən naməlum kişi bunu səbəb olaraq, banka küllü miqdarda borcunun olması ilə əlqadirib. O,  həyatını xilas etmək məqsədi ilə danişıqlar aparan dövlət rəsmilərinə bildirib ki, borcu ödəmək iqtidarında deyil, çünki işləmir. O bildirib ki,  ya gərək intiharla həyatına son qoysun, ya da  Azərbaycan vətəndaşlığından imtina edir. Hüquq mühafizə orqanlarının apardığı psixoloji danışıqlardan sonra vətəndaşı xəsarətsiz olaraq, aşağı endiriblər. Hazırda intihara cəhd edənin kimliyinin müəyyənləşdirilməsi üçün onu Yasamal rayon Polis idarəsinin 28-ci Polis Bolməsinə aparıblar.

Etikxeber.az

Read Previous

Balerina beynəlxalq tədbirə dəvət alıb

Read Next

Fərid Mansurov yeni vəzifəyə təyin olundu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir