Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Dəmirbank”ın lisenziyasını ləğv ediblər. Əcəb ediblər. Amma lisenziya ləğv olunan kimi bu bankın bütün kartlarını bloklamaq nə deməkdir?”
Etikxeber.az xəbər verir ki, bunu “APA-Holding”in rəhbəri Vüsalə Mahirqızı deyib.
“Mən bu bankın müştərisi kimi niyə kartımda olan vəsaitimdən istifadə edə bilməməliyəm? Bəlkə biri xaricdədir, üstündə “Dəmirbank”dan başqa alternativ bank kartı daşımır və bütün vəsait də kartdadı. İndi o adam xaricdə neyləməlidir? Ümumiyyətlə, müştərinin günahı nədir burda? İstənilən sahədə, o cümlədən bank sektorunda da aparılan islahat vətəndaşın rahatlığı üçün edilirsə, qərar verməmişdən əvvəl bu risklərin, bank müştərisinin, yəni sadə vətəndaşın qarşılaşacağı problem nəzərə alınmalıdır”-deyən V. Mahirqizinin sözlərinə görə, məsələn, o, özü bu gün belə bir problemlə rastlaşıb, ölkə daxilində və üstündə nağd valyuta olduğu üçün ciddi problem yaşamayıb:
“Əgər biz nağdsız hesablaşmaları stimullaşdırmaq istəyiriksə, (və bunu çox doğru proses hesab edirəm, əvvəl-axır gələcəyimiz nöqtə budur) o zaman kartlarla işləyən müştəriyə qarşı daha həssas davranmaqda fayda var”.
Etikxeber.az





