Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
BMT-nin Baş katibi Antonio Quterreş İsrailin İranın nüvə obyektlərinə zərbələr endirməsindən narahatdır və tərəfləri maksimum təmkinli olmağa çağırır.
Etikxeber.az xəbər verir ki, bu barədə dünya təşkilatı rəhbərinin sözçünün müavini Fərhan Haq deyib.
“Baş katib Yaxın Şərqdə istənilən hərbi eskalasiyanı pisləyir. O, İran və ABŞ arasında nüvə proqramı ilə bağlı danışıqlar apararkən İsrailin İrandakı nüvə obyektlərinə hücumlarından narahatdır”, – bəyanatda deyilir.
“Baş katib hər iki tərəfdən maksimum təmkin nümayiş etdirməyi və nəyin bahasına olursa-olsun münaqişənin gərginləşməsinə yol verməməyi xahiş edir”, – deyə Fərhan Haq bildirib.
Qeyd edək ki, gecə saatlarından İsrail Hərbi Hava Qüvvələri İrandakı hədəflərə zərbələr endirib.
İsrailin İran ərazisinə endirdiyi hava zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bageri öldürülüb.
Həmçinin, İsrailin İrana hücumlarında ağır yaralanan İranın Ali Rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Şamxani ölüb.
Eyni zamanda, İsrailin İran ərazisinə endirdiyi hava zərbələri nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyin Salami həlak olub.
***
İranın Ali Rəhbəri Əli Xamenei Həbibullah Səyyarini İran Silahlı Qüvvələrinin müvəqqəti qərargah rəisi, Əhməd Vəhidi isə İnqilab Keşikçiləri Korpusunun Baş komandanı təyin edib.
Bu barədə isə İran mediası məlumat yayıb.
Onlar İsrail hücumlarında öldürülən Məhəmməd Bageri və Hüseyn Salamini əvəz edəcək.
08:56
***
İsrailin İrana endirdiyi zərbə nəticəsində 5 nəfər ölüb, 20 nəfər yaralanıb.
Bu barədə də “Nour News” məlumat yayıb.
09:54
***
İsrailin İrana endirdiyi zərbə nəticəsində 6 nüvə alimi öldürülüb.
Bu barədə “Tasnim” məlumat yayıb.
Hücumlarda İran İslam Respublikasının nüvə alimləri Əbdülhəmid Minuçöhr, Əhmədrza Zülfüqari, Seyid Əmirhüseyn Fəqhi, Mötləbizadə, Məhəmməd Mehdi Tehrançi və Fereydun Abbasi öldürülüb.
Etikxeber.az