Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın Fırat çayının şərqində PKK, PYD, YPG-li, həmçinin, İŞİD-çi terrorçulara qarşı başlatdığı “Barış pınarı” antiterror əməliyyatını uğurla davam etdirir.
Etikxeber.az-ın xəbərinə görə, TSQ əməliyyat başladığı gündən 277 PKK, PYD, YPG-li və İŞİD-çi terrorçunu məhv edib.
Həmçinin, 11 kənd terrorçulardan təmizlənib.
Eyni zamanda, terrorçulara qarşı döyüşlərdə 1 nəfər Türk əsgəri şəhid edilib, 3 nəfər yaralanıb.
Həmçinin, terrorçuların Suriyadan Türkiyənin Şanlıurfa və Mardin şəhərlərinin bəzi yaxın bölgələrinə raket zərbələri nəticəsində 70 nəfər türkiyəli yaralanıb, 1 nəfər suriyalı körpə və ümumilikdə 3 uşaq daxil olmaqla, 6 nəfər qətlə yetirilib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp yenidən Türkiyəni hədəf alıb və təhdid edib.
Tramp deyib ki, Türkiyəyə qarşı “Barış pınarı” ilə bağlı qarşılarında 3 seçim var və onlardan biri seçilə bilər.
***
“Barış pınarı” əməliyyatında məhv edilən terrorçuların sayı 342-yə çatıb.
Bu haqda Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
O, əməliyyatın uğurla davam etdiyini də söyləyib.
***
Son məlumata görə, terrorçulardan azad edilən, təmizlənən kəndlərin sayı 13-ə çatıb.
***
Antiterror əməliyyatı çərçivəsində zərərsizləşdirilən PKK/PYD, YPG terrorçularının sayı 399-a çatıb.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Həmçinin, terrorçulardan təmizlənən bölgələrin sayı 14-ə çatıb.
***
Əməliyyat zamanı məhv edilən terrorçuların sayı artmaqdadır.
Son məlumata görə, zərərsizləşdirilən terrorçuların sayı 415-ə çatıb.
***
TSQ Suriyanın Resulayn mahalının (şəhərinin) mərkəzini terrorçulardan təmizləyib və hazırda onların və Azad Suriya Ordusunun (ASO) nəzarəti altındadır.
Bu haqda TSQ və Milli Müdafiə Nazirliyi məlumat yayıb.
***
Son məlumata görə, məhv edilən terrorçuların sayı 480-ə çatıb.
Əməliyyat uğurla davam etdirilir.
***
Əməliyyat zamanı zərərsizləşdirilən terrorçuların sayı 525-ə çatıb.
Eyni zamanda, Resulayndan sonra Tel Abyad da terrorçulardan təmizlənib.
Ümumilikdə 56 kənd, 2 rayon (ilçe) və 1 belde terrorçulardan azad olunub.
***
Türkiyə Milli Müdafiə Nazirliyinin son məlumatına görə, zərərsizləşdirilən terrorçuların sayın 550-yə çatıb.
Əməliyyat uğurla davam etdirilir.
***
Antiterror əməliyyatı nəticəsində məhv edilən PKK/PYD və YPG terrorçularının sayı 560-a çatıb.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
***
Məhv edilən terrorçuların sayı 611-ə çatıb.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.
***
Son məlumata görə, məhv edilən terrorçuların sayı 637-yə çatıb.
***
Antiterror əməliyyatında zərərsizləşdirilən PKK/YPG terrorçularının sayı 673-ə çatıb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
***
Əməliyyat çərçivəsində 702 terrorçunu zərərsizləşdirib.
Bu barədə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində məlumat yer alıb.
“Ümumilikdə 702 PKK və YPG terrorçusu Fəratın şərqinə doğru aparılan “Barış pınarı” əməliyyatı çərçivəsində məhv edilib” – deyə, məlumatda qeyd olunur.
Etikxeber.az