Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İspaniya La Liqasının ikinci turun növbəti oyunu keçirilib.
Etikxeber.az xəbər verir ki, son çempion “Barselona” doğma azarkeşlər önündə “Real Betis” komandasını qəbul edib.
Görüş 5:2 hesabı ilə kataloniyalıların xeyrinə başa çatıb. “Barselona”nın heyətində Antuan Qrizman (2), Karlos Perez, Jordi Alba və Arturo Vidal, “Real Betis”də isə Nabil Fekir və Loren Moron fərqləniblər.
Qeyd edək ki, “Barselona” ilk turda səfərdə “Atletik Bilbao” komandasına (0:1), “Real Betis” isə “Real Vallyadolid”ə (1:2) məğlub olub.
Türkiyə Superliqasında da ikinci tur çərçivəsində növbəti oyunlar keçirilib.
UEFA Avropa Liqasında çıxışını davam etdirən “Trabzonspor” öz meydanında “Yeni Malatyaspor”u qəbul edib.
Görüş trabzonsporluların 2:1 hesablı qalibiyyəti ilə başa çatıb.
Qarşılaşmada meydan sahibləri Abdulla Ömür (45) və Joa Pereyranın (78) vurduğu qollarla hesabda irəli olsalar da, qonaqların heyətində 89-cu dəqiqədə Eren Tozlu fərqlənərək bu toplardan birinin əvəzini çıxab. Matçda “Trabzonspor” yeni mövsümdə ilk qələbəsini qazanıb.
Digər görüşdə son çempion İstanbulun “Qalatasaray” komandası Türk Telekom stadionunda “Konyaspor”la qarşılaşıb. Matçda meydan sahibləri 60-cı dəqiqədə Rayan Babelin qolu ilə hesabı açıb. Qarşılaşmanın əsas vaxtına əlavə edilmiş dəqiqələrdə isə qonaqlar hesabı bərabərləşdiriblər – 1:1.
Yetmiş dördüncü dəqiqədə İstanbul təmsilçisinin oyunçusu Jan Mişel Serinin qırmızı kartla cəzalandırıldığı matçda “Konyaspor”lu Jens Jonsson (90+6) fərqlənib. Beləliklə, baş məşqçi Fatih Terimin yetirmələri çempionatda növbəti dəfə xal itiriblər.
Xatırladaq ki, ikinci turda çempionluğa iddialı komandalardan “Beşiktaş” öz meyanında “Göztəpə”ni 3:0, “Fənərbağça” isə səfərdə “Başakşəhər”i 2:1 hesabı ilə məğlub edib.
“Rizəspor” – “Sivasspor” qarşılaşmasında meydan sahibləri 2:1 hesabı ilə üstün olublar. “Antalyaspor” –“Dənizlispor” matçı qonaqların qələbəsi ilə yekunlaşıb – 2:0.
Tura bu gün yekun vurulacaq.

Həmçinin, Fransa Liqa1-də III tur davam edir.
Turun üç matçı keçirilib.
“Strasburq”un qonağı olan “Renn” mövsümdə 3-cü qələbəsini qazanıb. “Monako” “Nim”lə məhsuldar sülhə imza atıb – 2:2.
Qeyd edək ki, turun digər matçları avqustun 27-28-də keçiriləcək.
Fransa Liqa1
III tur
25 avqust
“Monpelye” – “Nim” – 2:2
Slimani, 39, Ben Yedder, 45 – Filipoto, 70, Danke, 82
“Strasburq” – “Renn” – 0:2
Qrenye, 16, Nyanq, 54
PSJ – “Tuluza” – 4:0
Çupo-Motinq, 50, 75, Qonsalveş, 52 (ö.q.), Markinyos, 83
Eyni zamanda, Azərbaycan Premyer Liqasının ikinci turunun növbəti oyunu keçirilib.
Son çempion “Qarabağ” doğma azarkeşlər önündə “Qəbələ”ni qəbul edib.
“Azersun Arena”da keçirilən qarşılaşma Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşün 61-cı dəqiqəsində Riçard Almeyda penaltini dəqiq yerinə yetirib. Matçın 63-cü dəqiqəsində isə Maqaye Qeye fərqi iki topa çatdırıb. Oyunun 79-cu dəqiqəsində Abdullah Zubir qonaq komandanı növbəti dəfə məyus edib.
Bu nəticədən sonra “Qarabağ” 6-cı xalını qazanıb. “Qəbələ”nin isə xalı yoxdur.
Qeyd edək ki, turun digər oyunlarında “Keşlə” səfərdə “Sabah”ı (1:0), “Səbail” isə səfərdə “Sumqayıt”ı məğlub edib (3:0).
İkinci tur bu gün keçiriləcək “Zirə” – “Neftçi” oyunu ilə yekun vurulacaq.
Etikxeber.az





