“Barsa” “Slaviya” ilə heç-heçə, “Leyptsiq” “Zenit”i məğlub etdi

UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin dördüncü turuna start verilib.

Etikxeber.az xəbər verir ki, turun erkən başlayan oyunlarında iki qarşılaşma olub.

F qrupunda yer alan turnirin favoritlərindən sayılan İspaniyanın “Barselona” klubu öz meydanında – “Camp Nou”da Çexiyanın “Slaviya Praqa” komandasını qəbul edib.

Hüçumlarla bol olan oyunda qapılara qol vurulmayıb.

Bu qrupun digər oyununda Almaniyanın “Borussiya Dortmund” klubu öz meydanında İtaliyanın “İnter” komandasını qəbul edəcək.

İkinci görüşdə Rusiyanın “Zenit” klubu öz meydanında Almaniyanın “Leyptsiq” komandasına məğlub olub – 0:2.

G qrupunda yer alan bu komandanların digər rəqibləri – “Lion” (Fransa) və “Benfika” (Portuqaliya) üz-üzə gələcək.

Etikxeber.az

Read Previous

“Funksional əməkdaşlıq barədə razılığa gəlindi” – “MÜSAVAT” BAŞQANI

Read Next

“Paşinyanın son təklifi də fitnəkarlıqdan başqa bir şey deyil” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir