Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İspaniya La Liqasının 7-ci turuna start verilib.
Etikxeber.az xəbər verir ki, son çempion “Barselona” klubu “Nou Kamp” stadionunda “Atletik Bilbao” komandasını qəbul edib.
Görüş 1:1 hesabı ilə başa çatıb. Oyunun 41-ci dəqiqəsində hesabı Bilbao təmsilçisi Oskar de Markos açıb. Oyunun sonlarına kimi “Barselona” klubu daim rəqibin qapısı önündə təhlükəli anlar yaratsa da, yalnız bir qol vurub. Matçın 84-cü dəqiqəsində Munir El Haddadi oyunda tarazlıq yaradıb. Qalan dəqiqələrdə hər iki komandaların cəhdlərinə baxmayaraq hesab dəyişməyib.
Beləliklə, kataloniyalılar İspaniya La Liqasında ikinci dəfə ardıcıl olaraq xal itirib. Altıncı turda Ernesto Valverdenin yetirmələri səfərdə “Leganes” klubuna məğlub olmuşdu (2:1). “Barselona”nın əzəli rəqibi “Real Madrid” klubu bu gün “Santyaqo Bernabeo” stadionunda “Atletiko Madrid” komandası ilə qarşılaşacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
***
İtaliya A Seriyasında da yeddinci tura start verilib.
Turun mərkəzi qarşılaşması “Allianz” stadionunda keçirilib. “Yuventus” klubu əzəli rəqibi “Napoli” komandasını qəbul edib. Oyunda hesabı 10-ci dəqiqədə “Napoli” klubu açıb.
Xose Kalyexonun ötürməsini Dris Mertens dəyərləndirib. Qoldan sonra irəli atılan meydan sahibləri matçın 26-ci dəqiqəsində hesaba tarazlıq gətirib. Kriştianu Ronaldonun cinah ötürməsini Mario Mandzukiç dəqiq baş zərbəsi ilə tamamlayıb.
İkinci hissənin 46-ci dəqiqədə turinlilər hesabda önə keçiblər. Bu dəfə də Mario Mandzukiç fərqlənib. Oyunda son nöqtəni də “qoca sinyora” qoyub. Belə ki, Kriştianu Ronaldonun küncdən ötürdüyü topu Leonardo Bonucci dəqiq baş zərbəsi ilə qapıdan keçirib. Qalan dəqiqələrdə hər iki komandaların cəhdlərinə baxmayaraq, hesab dəyişməyib – 3:1.
Turun digər maraqlı qarşılaşması “Olimpiko” stadionunda keçirilib. “Roma” – “Lazio” klubu ilə qarşılaşıb. Görüş “Roma” klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.
***
Həmçinin, İngiltərə Premyer Liqasında yeddinci turun oyunları keçirilib.
Turun mərkəzi qarşılaşması Londonda “Stenford Bric” stadionunda keçirilib. “Çelsi” doğma meydanda “Liverpul” klubunu qəbul edib. Görüşə daha aktiv başlayan “Liverpul” klubu rəqib qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaratsa da, hesabı meydan sahibləri açıblar. Mateo Kovaçeçin ötürməsindən sonra komandanın əsas qol silahı sayilan Eden Hazard hesabı açıb – 1:0. Londonlular fasiləyə üstün yollanıblar.
Qarşılaşmanın ikinci hissəsində hər iki qapı qarşısında bir neçə təhlükəli vəziyyət yaransa da, hesab 89-cu dəqiqədə dəyişib. “Liverpul” klubu hesaba tarazlıq gətirib. Daniel Stariç adını tabloya yazdırıb.
Qalan dəqiqələrdə hər iki komandaların cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.
İngiltərə Premyer Liqasının son çempionu “Mançester Siti” klubu doğma meydanda “Brayton” komandasını qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Pep Qvardiolanın yetirmələrinin heyətində Rəhim Sterlinq və Serxio Aquera fərqləniblər.
UEFA Avropa Liqasında “Qarabağ”ın rəqibi olan “Arsenal” klubu liderlər qrupunda qərarlaşan “Vatford” komandasını qəbul edib. Oyun “Arsenal” klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun ən gözlənilməz hesabı isə “London” stadionunda qeydə alınıb. Həmin görüşdə “Mançester Yunayted” klubu səfərdə “Vest Ham” komandasına 3:1 hesabı ilə məğlub olub.
Yeddinci turun digər oyunlarında bu nəticələr qeydə alınıb:
“Everton” – “Fulham” – 3:0
“Haddersfild” – “Tottenhem” – 0:2
“Nyukasl Yunayted” – “Lester Siti” – 0:2
“Vorvelhempton” – “Sauthempton” – 2:0
Qeyd edək ki, yeddinci tura sentyabrın 30-da “Kardiff”-“Börnli” və oktyabrın 1-də “Bormunt”-“Kristal Palas” oyunları ilə yekun vurulacaq.
Yeddi turdan sonra turnir cədvəlinə aktivlərində 19 xal olan “Mançester Siti” və “Liverpul” klubları başçılıq edir. 17 xalla “Çelsi” üçüncü, “Tottenhem” isə 15 xalla dördüncü yerdə qərarlaşıb.
Etikxeber.az