“Barsa” və “Real” İspaniya çempionatında ilk dəfə məğlub oldu… – FOTO

Sentyabrın 26-da İspaniya La Liqasının altıncı turunun oyunları keçirilib.

Etikxeber.az xəbər verir ki, son çempion “Barselona” klubu səfərdə “Leqanes”ə məğlub olub (1:2).

Kataloniyalılar Koutinyonun qolu sayəsində hesabı erkən açsalar da, qarşılaşmanın 52-ci və 53-cü dəqiqələrində meydan sahibləri iki qol vuraraq oyunun taleyin həll ediblər.

barsa-real-uduz

La Liqanın digər favoriti “Real Madrid” klubu “Sevilya”nın qonağı olub. Matçın 17-ci dəqiqəsində Andre Silva hesabı açıb. Qoldan dörd dəqiqə sonra Andre Silva dublunu rəsmiləşdirərək hesab arasındakı fərqi iki topa çatdırıb. Qarşılaşmanın 39-cu dəqiqəsində “Sevilya” klubu üçüncü dəfə “Kral klubu”nu meydanın mərkəzinə dəvət edib, Ben Yeder fərqlənib. Birinci hissə 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Oyunun ikinci hissəsində irəli atılan “Real Madrid” futbolçularının bütün cəhdlərinə baxmayaraq, hesab dəyişilməyib.

Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Espanyol” – “Eybar” – 1:0

“Real Sosyedad” – “Rayo Valyekano” – 2:2

“Atletiko Madrid” – “Ueska” – 3:0

“Atletik Bilbao” – “Vilyareal” – 0:3

“Valensiya” – “Selta Viqo” – 1:1.

Etikxeber.az

Read Previous

Danışıqlar həmsədrlərin bölgəyə səfəri ilə gələn ay davam etdiriləcək – MƏMMƏDYAROV – FOTOLAR

Read Next

“Məğlub olmağıma səbəb yorulmağım oldu…” – USANQİ KOKAURİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir