“Barselona” Alba üçün rekord məbləğ müəyyən etdi – 500 MİLYON AVRO

“Barselona” futbol klubu müdafiəçi Xordi Alba ilə hazırkı müqavilənin müddətinin daha beş il uzadılması barədə razılığın əldə olunduğunu açıqlayıb.

Etikxeber.az klubun saytına istinadla xəbər verir ki, yeni müqaviləyə əsasən, futbolçunun sərbəst qalması üçün tələb edilən məbləğin 500 milyon avro müəyyənləşdirildiyi bildirilib.

Müqavilənin yaxın günlərdə imzalanması nəzərdə tutulur.

Kataloniya təmsilçisinin heyətində yeddinci mövsümünü keçirən X.Alba bu klubun forması ilə meydana çıxdığı 282 matçda 14 qol vurub.

O, bu müddətdə “Barselona” ilə 14 mükafata sahib olub.

Etikxeber.az

Read Previous

850 minə yaxın insan Prezidentin son tarixi Fərmanından faydalana biləcək – KAMİLƏ ƏLİYEVA

Read Next

“İnsanları narahat edən məsələlərə münasibətdə Azərbaycan prezidenti həssasdır…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir