“Barselona” fransalı müdafiəçi ilə razılığa gəldi…

İspaniyanın “Barselona” futbol klubu fransalı müdafiəçi Jan-Kler Todibonun 2019-cu ilin yayında komandaya transferi ilə bağlı müqavilə imzalayıb.

Etikxeber.az klubun saytına istinadla xəbər verir ki, 19 yaşlı futbolçunun “Tuluza” ilə müqaviləsi bu ilin iyununda başa çatacaq və o, “Barselona”ya pulsuz transferə olunacaq.

Todibo karyerasına “Tuluza” klubunda başlayıb. O, cari mövsümdə keçirdiyi 10 oyunda 1 qol vurub.

Qeyd edək ki, futbolçu “Real Madrid”, “Yuventus” və “Mançester Siti” kimi nəhəng klubların da maraq dairəsində idi.

Etikxeber.az

Read Previous

Balotelli karyerasını yenidən İtaliyada davam etdirəcək?

Read Next

Bakıda güclü partlayış: BİR AİLƏNİN ÜÇ ÜZVÜ DÜNYASINI DƏYİŞDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir