Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət etdi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə və nəqliyyat vasitəsi sahiblərinə müraciət edib.

İdarədən Etikxeber.az-a bildiriblər ki, müraciətdə yol-nəqliyyat hadisələri nəticəsində, eləcə də texniki nasazlıq səbəbindən avtomobillərdə baş vermiş yanğınlarla bağlı aparılmış təhlillərin hadisələrin ağır fəsadlarının qarşısının alınması üçün həmin avtomobillərdə odsöndürənlərin olmadığını və ya onların yararlılıq müddəti bitdiyindən yanğınların vaxtında söndürülmədiyini ortaya çıxardığı qeyd edilib. Vurğulanıb ki, bu da avtomobildə sıxılıb qalmış insanların həlak olmalarına, ağır xəsarətlər almalarına, ən yaxşı halda isə ayrı-ayrı şəxslərin əmlaklarının tamamilə məhv olmasına və onlara külli miqdarda maddi zərərin dəyməsi ilə nəticələnib.

“Qeyd olunanları, habelə avtobuslarda, minik və yük daşıyan avtomobillərdə, təkərli traktorlarda dərman qutusunun, odsöndürənin, qəza dayanma nişanının olmamasına görə mövcud qanunvericiliklə sürücülərin inzibati məsuliyyət daşımaları nəzərə alınaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərdən və avtomobil sahiblərindən xahiş edir ki, istifadələrindəki nəqliyyat vasitələrində tələb edilən ləvazimatların saz vəziyyətdə olmasını təmin etsinlər, odsöndürənlərin yararlılıq müddətini daim nəzarətdə saxlasınlar”, – deyə BDYPİ-nin məlumatında bildirilib.

Etikxeber.az

Read Previous

Qarabağ problemi həllini tapmadıqca … – MİLLƏT VƏKİLİ

Read Next

Gəncə hadisələrinə görə daha bir nəfər tutulub – DSX – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir