Baş konsul: “Naxçıvan tərəfi Naxçıvan-Məşhəd dəmir yolunun istifadəyə verilməsinə hazırdır”

İran ilə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat, tibb, gömrük, standartlaşdırma, tranzit, nəqliyyat sahələrində əməkdaşlığı ötən iki ildə qarşılıqlı əlaqələrin əsas hissəsini özündə ehtiva edən önəmli sahələrdir.

Etikxeber.az KİV-lərə istinadən xəbər verir ki, bu fikri İranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Mənsur Ayrım mətbuata açıqlamasında deyib.

Baş konsul Naxçıvan tərəfinin Naxçıvan-Məşhəd dəmir yolunun istifadəyə verilməsinə hazır olduğunu bildirib. O, əlavə edib ki, İran tərəfinin hazır olması ilə İran və Azərbaycan Respublikası vətəndaşlarının gediş-gəlişinin artmasına səbəb olacaq bu dəmir yolunun açılış mərasimi keçiriləcək.

Etikxeber.az

Read Previous

Maduro indi də Krala üz tutdu

Read Next

Saakaşvilinin xanımı seçkilərdən geri çəkilir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir