Baş nazir avtomobil qəzasına düşdü – POLŞADA – YENİLƏNİB

Polşanın Baş naziri Beata Şidlo avtomobil qəzasına düşüb.

Etikxeber.az RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə Baş nazir kortejlə Krakov yaxınlığından keçərkən baş verib.

Baş nazir müayinə üçün xəstəxanaya aparılıb. Məlumatda təhlükəsizlik xidmətinin bir əməkdaşının ayağından ciddi xəsarət aldığı bildirilir.

Polis hadisə ilə bağlı araşdırmalar aparır.

***

Yol qəzasında xəsarət alan Polşanın baş naziri Beata Şidlo helikopterlə Varşavanın hərbi hospitalına çatdırılıb.

Xəbərə görə, baş nazirin vəziyyətinin stabil olduğu bildirilir.

Bununla belə hakim “Hüquq və ədalət” partiyasının sədri Yaroslav Kaçinski baş nazirin ciddi xəsarət aldığını bəyan edib. Qəza zamanı B.Şidlodan başqa sürücü və mühafizəçilərdən biri zərər çəkib.

Qeyd edək ki, Beata Şidlonun kortejinin iştirakı ilə yol-nəqliyyat hadisəsi Krakov şəhəri yaxınlığında baş verib.

Etikxeber.az

Read Previous

Ərdoğana şeir yazanın aqibəti məhkəmədə həll edildi

Read Next

Azərbaycan yığmasının hücumçusu Slovakiyanın “Jilina” klubuna keçdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir