Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ölkə Prezidenti cənab İlham Əliyevin yeni baş nazir vəzifəsinə Novruz Məmmədovu məqsədəuyğun sayması, bununla bağlı Milli Məclisə təqdimat göndərməsi və millət vəkillərinin bu təqdimata yüksək – müsbət münasibət bildirməsi hər kəsin, bütövlükdə Azərbaycan cəmiyyətinin ürəyindəndir. Hər kəs bu addımı çox yüksək qiymətləndirir, dövlətimiz, xalqımız üçün çox gərəkli sayır.
Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Millət vəkili qeyd edib ki, N. Məmmədov öz fəaliyyəti və təcrübəsi ilə bu vəzifəni tam haqq edirdi.
Onun sözlərinə görə, N. Məmmədov savadlı, qabiliyyətli, intellektual, sədqətli, ziyalı və dövlətçi bir insan, dövlət adamıdır.
“O, daim Azərbaycan dövlətinə, ölkə rəhbərinə, Heydər Əliyev siyasətinə sədaqətli olub, sədaqətlə xidmət edib. İşini bilən, peşəkar kadrdır. Beynəlxalq siyasət məsələlərini çox dərindən bilir. Elə bu səbədəndir ki, uzun illər ərzində Prezident Administrasiyasının Beynəlxaql əlaqələr şöbəsinə rəhbərlik edib, Prezidentin beynəlxalq-xarici siyasət məsələləri üzrə köməkçisi vəzifəsində, özü də uğurla və layiqincə çalışıb. Müstəqil, müasir Azərbaycan dövlətinin inkişafında, beynəlxalq aləmdə nüfuz qazanmasında onun da xidmətləri var. Odur ki, belə bir şəxsin-kadrın baş nazir vəzifəsinə irəli çəkilməsi çox lazımlı və əhəmiyyətlidir. İnanırıq ki, Novruz müəllim bu vəzifəsinin də öhdəsindən uğurla və layiqincə gələcək, ona göstərilən növbəti yüksək etimadı da tam doğruldacaq. Ona yeni işlərində və vəzifəsində uğurlar arzu edirik. Ölkəmizə, Azərbaycanımıza, xalqımıza xeyirlisi olsun!”-deyə, E. Səlimov sözlərinə əlavə edib.
Etikxeber.az





