Baş nazir və nazirlər yenidən-PARLAMENTARİLƏR QARŞISINDA – HESABAT VERƏCƏKLƏR – SABAH

Sabah, 15 mart tarixində Milli Məclisin (MM) növbəti plenar iclası keçiriləcək.

İclasın gündəliyində yalnız bir məsələ var: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı barədə.

Etikxeber.az-ın xəbərinə görə, hesabatı növbəti dəfə Baş nazir Əli Əsədov verəcək.

Hesabatdan öncə isə spiker Sahibə Qafarova hökumətin son bir illik fəaliyyəti ilə bağlı qısa şəkildə öz mövqeyini açıqlayacaq.

Hesabatın müzakirəsində Baş nazirin müavinləri, iqtisadi bloka daxil olan strukturların rəhbərləri-nazirlər, komitə sədrləri və digər məsul şəxslər iştirak edəcəklər.

Baş nazirin hesabatı dinlənildikdən və MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin çıxışından sonra müzakirələr başlanılacaq.

Millət vəkilləri tərəfindən hesabatla bağlı fikirlər-təkliflər və iradlar səsləndiriləcək.

Səsləndirilən təklif və iradlara hökumət üzvləri-İqtisadiyyat və Maliyyə nazirləri, eləcə də digər rəsmilər tərəfindən münasibət bildiriləcək.

Müzakirələrin sonunda hesabat səsə qoyularaq, qəbul ediləcək.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Nümayəndə heyətinin qarşısına dəqiq vəzifə qoyulub – prezidentlərin görüşü”-ZELENSKİ

Read Next

“Ukraynaya təyyarə deyil, daha çox Javelin və Stinger verilməlidir…”-POLİTOLOQ YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir