Baş nazirdən nazirə: “Hərbi əməkdaşlıq istiqamətində əlaqələr gücləndirilməlidir”

Dekabrın 16-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Gürcüstanın müdafiə naziri Levan İzorianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, yeni hökumətin tərkibində yüksək vəzifəyə təyin olunması münasibətilə qonağı təbrik edən Baş nazir Artur Rasizadə Azərbaycanla Gürcüstan arasında bütün sferalarda, o cümlədən hərbi-texniki əməkdaşlıq sahəsində ikitərəfli faydalı münasibətlərin daim inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Ölkələr arasında iqtisadi-ticarət və humanitar əlaqələrin mövcudluğunu yüksək qiymətləndirən Baş nazir xüsusən energetika və nəqliyyat sahələrində Gürcüstanla irimiqyaslı beynəlxalq layihələrdə birgə fəaliyyətin səmərəliliyini qeyd edib. Baş nazir hərbi əməkdaşlıq istiqamətində də oxşar qurumlar arasında münasibətlərin daim inkişaf etdirilməsinin müasir şəraitdə mühümlüyünə diqqəti yönəldib.

Yeni vəzifədə ölkəmizə ilk rəsmi səfərindən məmnun qaldığını bildirən Gürcüstanın müdafiə naziri Levan İzoria Gürcüstan hökuməti rəhbərliyinin salamlarını Azərbaycanın Baş nazirinə çatdırıb. Bakıda keçirdiyi görüşlər barədə Baş nazirə ətraflı məlumat verən qonaq xüsusilə 2017-ci il üçün müdafiə nazirlikləri arasında imzalanan ikitərəfli hərbi əməkdaşlıq planının önəmini qeyd edib, azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsinə böyük ehtiyac olduğunu deyib. Gürcüstanın müdafiə naziri səfər müddətində nümayəndə heyətinə göstərilən yüksək diqqət və qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Etikxeber.az

Read Previous

Yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Read Next

Əliyev Həştərxanın qubernatoru ilə nədən danışdı? – “Moskvada ticarət numayəndəliyi açılacaq” – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir