Baş nazirdən “vida” yeməyi… – FOTO

Türkiyənin baş naziri, AKP genəl başqanı Binəli Yıldırım bu gün öz iş yerində hakim partiyanın rəhbərliyində olan şəxslərə, o cümlədən, Nazirlər Kabinetinin üzvlərinə vida naharı verib.

basbakan_binali_yildirim_kabine_ye_ve_eslerine_veda_yemegi_mi_verdi_h31548_2c771

Etikxeber.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, belə ki, bu həftənin sonunda-mayın 21-də AKP-nin növbədənkənar qurultatı keçiriləcək və cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan yenidən partiyanın genəl başqanı seçiləcək.

Odur ki, B. Yıldırım AKP genəl başqanı postunda sayılı günlərini yaşayır və bu səbəbdən də hakim partiyanın yetkililərinə- Nazirlər Kabinetinin üzvlərinə ailə üzvləri (xanımları və ərləri) ilə birgə vida naharı təşkil edib.

Onu da qeyd edək ki, B. Yıldırım sabah AKP-nin qrup toplansında genəl başqan kimi son çıxışını edəcək.

Etikxeber.az

Read Previous

Prokuror MTN-nin şöbə rəisinə cəza istədi -15 il

Read Next

Daha 3 boksçumuz “İslamiada”nın ən azı bürünc medalını təmin edib- FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir