Baş nazirin müavini: “İslahatların yeni mərhələsi başlanıb…”

“Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi ilə islahatların yeni mərhələsi başlanıb və bundan sonra da ayrı-ayrı seqmentlər üzrə davam edəcək”.

Etikxeber.az məlumat verir ki, bunu Yeni Azərbaycan Partiyasının  (YAP) sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov partiyanın 24 illiyi münasibətilə Binəqədi rayon təşkilatında keçirilən tədbirdə bildirib.

O, qeyd edib ki, Azərbaycanın iqtisadiyyatı şaxələnəcək, regionların iqtisadiyyatı yüksələcək, ölkədə iqtisadi inkişafın yeni modeli formalaşdırılacaq.

Ə. Əhmədov deyib ki, ən vacib amil təhlükəsizlikdir:

“İnsanın həyatı təhlükəsiz olmasa, hər hansı iqtisadiyyatdan, var-dövlətdən söhbət gedə bilməz. Bu baxımdan Azərbaycan vətəndaşları əmin olmalıdırlar ki, onların təhlükəsizliyi əmin əllərdədir və buna əsasən iqtisadi inkişaf davam edəcək”.

Etikxeber.az

Read Previous

YAP-dan başqa heç bir siyasi təşkilat xalqın istəyilə yaranmayıb – Əli Əhmədov

Read Next

Nəriman Əzimov Gəncədə dəfn edildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir