Baş nazirin səlahiyyətləri artırılır?

Son müşavirədə ölkə Prezidenti hökumət, yeni Baş nazir qarşısında mühüm vəzifələrin, tapşırıqların dayandığını, qoyulduğunu bildirdi. Eyni zamanda, Baş nazir Əli Əsədova  savadlı, dünyagörüşlü gənc kadrların irəliyə çəkilməsi tapışırığı verildi. O da qeyd edildi ki, artıq könhə təfəkkürlə uzağa getmək olmaz, müasir dünyagörüşlü gənclərə etimad göstərilməsi lazımdır. Bu, çox vacib və əhəmiyyətli məsələdir.  Ona görə hesab edirəm ki, bu məsələ, bu tapşırıq qısa zaman kəsiyində icra olunmalıdır və çox güman ki, belə də olacaq.

Bunu Etikxeber.az-a açıqlamasında adının çəkilməsini istəməyən millət vəkillərindən biri deyib.

Onun sözlərinə görə, ancaq  burada bir məsələ var ki, Baş nazirin reallıqda kimlərisə vəzifədən çıxarmaq, kimlərisə onu yerinə təyin etmək səlahiyyəti, yetkisi demək olar yoxdur.

“Bu baxımdan, Baş nazirin, hökumətin bu məsələdə yetkisinin, səlahiyyətlərinin artırılması, genişləndirilməsi tələb olunur. Səlahiyyətlər artırılmasa, verilən tapşırığın icrası bir qədər mümkünsüz görünür. Odur ki, Baş nazirin, hökuməıtin bu istiqamətdə səlahiyyətlərinin artırılması gözlənilən və mümkündür. Düşünürəm ki, bu yöndə yaxın zamanlarda müvafiq addımlar atılacaq. Bu, gözləniləndir”-deyə, adının çəkilməsini istəməyən  millət vəkili sözlərinə əlavə edib.

musavira-ilya-7

Qeyd edək ki, oktyabrın 15-də keçirilən müşavirədə ölkə Prezidenti İlham Əliyev bunları bildirmişdi:

“Yeni hökumət qarşısında bir çox vəzifələr qoyulub. Mən Əli Əsədovu bu vəzifəyə təyin edərkən ona bir çox vəzifələr tapşırdım. Onun qarşısına vəzifə qoydum ki, islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları. Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik? Nə qədər biz təbii resurslara arxalanaraq, necə deyərlər, belə ətalət yolu ilə gedə bilərik?..”.

Etikxeber.az

Read Previous

19 oktyabr aksiyası – İKİ FƏRQLİ MÜNASİBƏT

Read Next

PA, BŞBPİ, YAP, Müsavat, Milli Şura və MSDM 19 oktyabr aksiyası ilə – AÇIQLAMA YAYDI – FOTO – YENİLƏNİB – (6)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir