Baş redaktordan prezidentə – MİNNƏTDARLIQ

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunmağım mənim üçün böyük şərəfdir.

Bu ali mükafata görə cənab Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm.

Bu mükafatı kiçik əməyimə, müstəqil Azərbaycanla həmyaşıd olan rəhbərlik etdiyim “İki sahil” qəzetinin 28 illik fəaliyyətinə verilən böyük dəyər kimi yüksək qiymətləndirirəm.

Cənab Prezident!

vuqarrrrr

Şübhəsiz, Sizin bu yüksək etimadınız şəxsən mənim və “İki sahil” qəzetinin gələcək fəaliyyəti üçün böyük stimul olacaq.

Bir daha Sizə dərin minnətdarlığımı ifadə edir, bundan sonra da Azərbaycanın gələcək inkişafı naminə həyata keçirdiyiniz uğurlu siyasətə var qüvvəmizlə dəstək olacağımızı bildirirəm.

Bir daha təşəkkürlər, cənab Prezident!

Tanrı Sizi qorusun, Tanrı Azərbaycanımızı qorusun!

Vüqar RƏHİMZADƏ, 

“İki sahil” qəzetinin baş redaktoru

Etikxeber.az

Read Previous

Əliyev-Tusk,Gerasimov-Uolters görüşünə – BAXIŞ

Read Next

“Səbail”- “Universitatya” – 2:3 , “Neftçi”-“Sperantsa” – 3:0 – YENİLƏNİB- (9)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir