“Baş verənlərin kökündə Ərdoğanın hakimiyyətdən devrilməsi planı dayanır” – DEPUTAT

16 apreldə Türkiyədə keçiriləcək referendumda “əvət” deyənlər qalib gələcəksə, o zaman  vəziyyət daha da gərginləşəcək
“Son  günlərdə Türkiyə ilə Avropa ölkələri arasında baş verən hadisələr Rəcəb Tayyib Ərdoğanın hakimiyyətdən devrilməsinin  tərkib hissəsidir”.
 Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin (MM) Müdafiə, təlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc deyib.
erdogan2
Onun sözlərinə görə,  Türkiyə ilə Avropa Birliyinə daxil olan ölkələr arasında münasibətlər heç zaman rəvan olmayıb:
“Buna baxmayaraq, Qərb də Türkiyənin əvəzolunmaz bir ölkə olduğunu anlayaraq, Ankara ilə münasibətləri qoruyub-saxlamağa çalışır”.
 Son hadisələrə gəldikdə isə millət vəkili bildirib ki, Ərdoğan hakimiyyəti dövründə Qərb Türkiyəni içəridən istədiyi kimi idarə etməni itirdi  və baş verənlər də bunun sübutudur.
“Çünki Ərdoğan hakimiyyətdə olduğu müddətdə  Qərb kəşfiyyat mərkəzləri tərəfindən idarə olunan hərəkatları və hökumət təmsilçilərini zərərsizləşdirə bildi. Bu, özünün ən pik  həddinə  məlum 2016-ci ilin 15 iyul hadisələrində çatdı”- deyə, o, vurğualyıb.
avropa
Z. Oruc hesab edir ki, Qərb məlum 15 iyul olayından sonra Ərdoğanın liderliyi altında  dövlətin idarəolunması istiqamətində ciddi islahatlalra gedilməsi və bununla bağlı referendumun keçirilməsini heç vəchlə həzm edə bilmir.
feto
“Yəni, Türkiyənin 16 aprel referndumundan sonra  idarəetmə sistemi onları Qərbin arzulamadığı  və görmək istəmədikləri idarəetmə sistemi olduğundan sərt formada ona qarşı çıxırlar. Ona görə də Qərb Ərdoğanın bu planının həyata keçməsinin qarşısını almaq üçün  bütün çabalarını ortaya qoyub. Hətta, onun hakimiyyətdən devrilməsi üçün addımlar atır. O baxımdan, son günlərdə Hollandiyanın Türkiyəyə qarşı çıxması və rəsmilərin bu ölkəyə buraxılmaması kimi  davranışlar  təsadüfü xarakter daşımır”- deyə, Z.Oruc əlavə edib.
almanya-bayragi-1-534x374
holland
O, bildirib ki, Qərb tərəfindən Ərdoğan liderliyi ilə idarə olunan Türkiyəyə bundan sonra  təzyiq- təqbilər davam edəcək və Ərdoğan bu dairələr tərəfindən qəbul edilməyəcək:
“Siz təsəvvür edin, əgər, 15-20 il bundan öncə Qərb Türkiyəyə qarşı bu  hərəkətlərini müəyyən mənada qapalı formada həyata keçirilməkdə idi. Qərb o zaman PKK və digər radikal qüvvələri mədəni birliklər kimi qeydiyyatdan keçirib, onlara hərtərəfli dəstək verirdi. Ancaq indi bunu açıq formada həyata keçirməkdədirlər və bunu da gizlətmirlər”.
Z. Oruc onu da deyib ki, Qərb Türkiyəni içəridən parçalayıb zəiflətmək üçün müxtəlif variantlara əl atır və atacaq da.
 “Qərb Türkiyənin daxilində terror hadisələrini həyata keçirir, PKK ilə toqquşmaya vadar edir. Ona görə də Ərdoğan artıq Qərbi terroru dəstəkləməkdə və onları himayə etməkdə birbaşa ittiham edir”- deyə, o, vurğulayıb.
axar-az1393335487kemal-kilicdaroglu-uu
meral abla
Millət vəkilinin fikrincə, 16 apreldə Türkiyədə keçiriləcək referendumda “əvət” deyənlər qalib gələcəksə, o zaman  vəziyyət daha da gərginləşəcək.
“Qərb Türkiyədəki  müxalif qüvvələrə və narazılara dəstək verərək, onları gücləndirməyə cəhd edəcək. Onlara dəstək  verməklə, Ərdoğan hakimiyyətini devriməyə çalışacaqlar. Bununla yanaşı, Türkiyəyə qarşı iqtisadi və digər rıçaqlardan istifadə edərək, təzyiq və sanksiya dili ilə danışacaqlar.  Ona görə də deyirəm ki,  baş verən bu proseslərin kökündə  Ərdoğanın hakimiyyətdən devrilməsi planı dayanır “- deyə, o bildirib.
Etikxeber.az

Read Previous

“Yapı Kredi Bank Azərbaycan”ın “İnşaatçılar” filialı və “Muğanbank”ın “Biləsuvar” filialına verilmiş icazələr ləğv edildi

Read Next

“Hələ də o dəhşətli hadisənin şokunu ata bilməyiblər…” – DEPUTAT – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir