“Başa düşmək istəməyənlər çox şey itirəcək…” – İSA QƏMBƏR KİMLƏRƏ EYHAM VURDU?

İnanıram ki, Müsavat Partiyasının 9-cu qurultayı da  Azərbaycanımızın ləyaqət tarixinə yeni şərəfli bir səhifə kimi yazılacaq.

Etikxeber.az xəbər verir ki, bunu “Müsavat”ın eks başqanı, sabiq spiker İsa Qəmbər deyib.

O, xatırladıb ki, Müsavat Partiyasının 8-ci qurultayından beş il keçir.

“Həmin gün eyni adamın 3-cü dəfə yüksək vəzifəyə iddia etməsinin yolverilməz olduğunu təkcə siyasi partiyalara deyil, bütün ölkəmizə əyani şəkildə nümayiş etdirdik. Həmin gün yorulduğum və ya mübarizədən bezdiyim üçün deyil, Nizamnaməmizə görə başqanlığa iddia etmədim.

Həmin gün Müsavat Partiyası yalnız Azərbaycanımıza deyil, bütün postsovet məkanına yüksək demokratiya və azad, ədalətli seçki nümunəsi təqdim etdi. Başa düşənlər (əksəriyyət) bütün bunların önəmini çox gözəl bilir.

Başa düşməyənlər gec-tez başa düşəcək. Başa düşmək istəməyənlər çox şey itirəcək. İnanıram ki, Müsavat Partiyasının 9-cu qurultayı da (12 oktyabr 2019) Azərbaycanımızın ləyaqət tarixinə yeni şərəfli bir səhifə kimi yazılacaq…”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Elmar Məmmədyarovla Antonio Quterreş bir arada

Read Next

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər etməyin – UKRAYNA XİN-DƏN ÖLKƏ VƏTƏNDAŞLARINA XƏBƏRDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir