Basketbol millisinə yeni çalışdırıcı gətirildi

Kişilərdən ibarət basketbol üzrə Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib.

Etikxeber.az xəbər verir ki, bu barədə Türkiyə Basketbol Federasiyasının (TBF) prezidenti Hidayət Türkoğlu açıqlama verib.

O, bildirib ki, Ermin Atamanı Ufuk Sarıca əvəzləyib. Yığma komandada işləməsinə baxmayaraq, U.Sarıca “Beşiktaş” klubundakı baş məşqçilik vəzifəsinə də davam edəcək.

Yeni baş məşqçi bu il keçiriləcək Avropa çempionatında uğur qazanmağı hədəflədiklərini bildirib.

Qeyd edək ki, Ufuk Sarıcanın rəhbərlik etdiyi klub Super Liqada 14 oyundan 11-də, Çempionlar Liqasında isə 12 qarşılaşmanın 10-da qələbə qazanıb.

Etikxeber.az

Read Previous

“Mançester Yunayted” 2015/2016-cı il futbol mövsümündə dünyanın ən gəlirli klubu oldu

Read Next

Paytaxtda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 11 min 940 cinayət qeydə alınıb…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir