Basketbol üzrə milli komandamız beynəlxalq turniri gümüş medalla başa vurdu

Aşqabadda qadınlar arasında basketbolun 3×3 növü üzrə beynəlxalq turnir keçirilib.

Etikxeber.az xəbər verir ki, turnirdə milli komandamız da çıxış edib.

Yarışda yığmamızdan başqa, Rusiya, İran, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan komandaları da medallar uğrunda mübarizə aparıblar.

Basketbolçularımız qrup mərhələsində yaxşı nəticə göstərərək yarımfinala yüksəliblər. Bu mərhələdə millimiz özbəkistanlı rəqiblərini 10:8 hesabı ilə məğlub ediblər.

Finalda millimiz ev sahibi Türkmənistan yığması ilə qarşılaşıb.

Gərgin idman mübarizəsi şəraitində keçən oyunda qızlarımız cəmi iki top fərqi ilə rəqibə uduzaraq (19:21) turniri gümüş medalla başa vurublar.

Etikxeber.az

Read Previous

“Qarabağ” klubunun futbolçusu Albaniya yığmasına dəvət aldı

Read Next

Pənahov da ABŞ-dakı seçkiləri izləyəcək…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir